"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“MədəniSəN” layihəsinin bağlanış tədbiri keçirilib

--2018-02-02 / 14:17

Nərimanov rayonunda yerləşən 177 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Gülüş əsgərovanın rəhbəri olduğu gənclər arasında etik mədəniyyət və ictimai davranış qaydalarının təbliği ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə təcrubənin inkişaf etdirilməsi, dövlətin və cəmiyyətin mənafeyini hər şeydən üstün tutmağı yeniyetmə və gənclərimizə çatdırmaq məqsədi ilə həyata keçirilən “MədəniSəN” layihəsinin bağlanış tədbiri keçirilib.

“MədəniSəN” layihəsinin rəhbəri Gülüş əsgərova çıxış edərək tədbirdə  Azərbaycan gənclərinin cəmiyyətdəki rolundan danışıb. Qeyd edib ki, dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil hazırda cəmiyyətin avanqardına çevrilib.

 G. əsgərova bildirib ki, Azərbaycanda gənclərin potensialının üzə çıxması üçün hər cür şərait var. “Bu isə ilk növbədə onunla bağlıdır ki, əsası Ulu öndər Heydər əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident ilham əliyev tərəfindən uğurla həyata keçirilir”, – deyə natiq bildirib.

Sonda G. əsgərova layihəni dəstəkləyən və mailiyyələşdirən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və tərəfdaş təşkilatlar YAP Gənclər Birliyinə, YAP Nərimanov rayon təşkilatına və Gənclər Birliyinə, Nərimanov rayon Gənclər və idman idarəsinə və layihənin icrası müddətində ona dəstək olan hər kəsə öz minnətdarlığını bildirib.

Daha sonra, 177 saylı tam orta məktəbin direktoru Günel Xanlarova, YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nizami Babaşov və təlimçi-ekspert Bakı Bələdiyyə teatrının aktyoru Xudu Mürsəlov çıxış edərək gənclərin fərdi layihələrin icrasına marağının artmasını müsbət hal kimi qiymətləndiriblər. Bildirilib ki, yeniyetmə və gənclərimiz arasında ictimai davranış qaydalarının təbliğ olunması zamanın tələbidir. Natiqlər məktəbliləri milli ideologiya ilə silahlanmağa, xalqımızın tarixini, ədəbiyyatını, incəsənətini dərindən öyrənməyə səsləyib.

Tədbirdə həmçinin qeyd olunub ki, etika və ictimai davranış mədəniyyəti yeniyetmələrə  hələ orta məktəb illərində aşılanmalıdır.

Sonda  iştirakçılara sertifikatlar təqdim olunub.

Belediyye.info

 

 

ŞƏRHLƏR